Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bölgələrdəki şəxslər Bakıya necə qayıdacaqlar? - Rəsmi açıqlama  

Bu gündən Azərbaycanda xüsusi karantin rejimində məhdudiyyətlərin bir qismi aradan götürülüb...

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub. Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.

Xüsusi karantin rejimində qeyd edilən fəaliyyət sahələrində çalışan şəxslərin bir qismi qeydiyyatda olduqları bölgələrə gediblər. Həmin şəxslərin Bakıya necə qayıda biləcəyi ilə bağlı açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həmin şəxslər əməkdaşı olduqları qurumun vəsiqəsi və işə çağırılması barədə iş yerindən arayışla rahat şəkildə Bakıya gələ bilərlər: “Rəhbərlik imza və möhürlü arayış verir ki, bu şəxs bizim əməkdaşdır və işə çağırılır. Dövlət qurumlarında yox, özəl işlərdə çalışanlar isə (bərbərxana, gözəllik salonu və s.) Bakıya işləməyə qayıtmalıdırsa, icaze.gov.az-da qeydiyyatdan keçməlidir. Həmin şəxslə bağlı da arayış verilə bilər ki, hansısa ünvanda gözəllik salonu, bərbərxana, fərdi tədris mərkəzi və s. yerdə çalışır”.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ən çox oxunanalar